Rəvanlaşmaq üçün...

single-news
19 Fev 2013

Rəvanlaşmaq üçün...



`Qarabağ`ımız premyerliqanın XXI turunun hazırlıqlarına start verib.  Cümə günü təsnifat mərhələsində sonuncu səfər görüşünə çıxacaq komandamız 2 məşqlə hazırlaşır.`Rəvan`ın qonağı olacaq komandamız ilk məşqini Suraxanı qəsəbə stadionunda edib.
`Qarabağ`ımız məşqləri tam heyətlə keçə bilmir. Yeni transferimiz Branimir Subaşiç `Sumqayıt`la baş tutan sonuncu görüşdə zədələnib. Qolunu zədələyən 31 yaşlı forvardın `Rəvan`la oyunu buraxacağı dəqiqdir. `Bane`nin gələn həftə `İnter`lə oyuna yetişəcəyi gözlənilir.
`Qarabağ`ımız sabahdan etibarən `Rəvan`la oyun üçün `kamp`a yığışacaq.
Qeyd edək ki, `Rəvan` - `Qarabağ` Fevralın 22-ində, Bayıldakı yeni arenada,  15:00-da  keçiriləcək.

Paylaş

// pop up