`Rey - Leroy` - `Neftçi` 7: 2

single-news
4 Mar 2014

`Rey - Leroy` - `Neftçi` 7: 2



`Qarabağ`ımız derbidə `Neftçi`nin  qonağı olanda bütün çempionatların iştirakçısı olan tərəflərin çempionat çərçivəsində sayca rekord 55-ci qarşılaşması idi.

`Azərbaycan derbisi`ndən öncə `Qarabağ`ımızın heyətində 2 itki vardı. Admir Teli və Nikolas Gelaşvili zədə səbəbindən oyunu buraxacaqdı. Gelaşvilinin oyunu buraxması səbəbindən Reynaldo yenidən hücumun sivri ucuna çəkildi ki, bu da sonda böyükhesablı qələbənin qeydə alınmasında  həlledici oldu.

`Qarabağ`ımız derbidə 4:1 hesabıyla qalib gəldi. Saysız-hesabsız qol epizodları,  baxımlı futbol `Qarabağ`ımız ifasında azarkeşlərə futbol etsetikasının incə çalarlarıyla həzz dalğası idi.

Tarixində 2-ci dəfə `Azərbaycan derbi`sində rəqibini darmadağın edən komandamız zəfərində xüsusi bir amil diqqəti cəlb etdi. Belə ki, 4:1lik qələbədə het-trik edən Reynaldoya bütün sonuncu ötürmələri verən Leroy görüşdə hesabın açılmasıyla nəticələnən qolunu görməyə dəyərdi. 2-likdə rəqibi çökdürən tandem 2-ci dövrədə baş tutan və 3:1 hesabıyla baş tutan görüşün də taleyini həll etmişdi.
Belə ki, Reynaldonun dublu zamanı Surinam əsilli holland assitent rolu oynamışdı. Maraqlıdı ki, Jumbinyonun penaltiylə fərqləndiyi 3-cü qolda da penalti məhz Reynaldoya qarşı kobudluğa görə qeydə alınmışdı.

Beləliklə, son 2 qarşılaşmada `ağ-qara`lar üzərində qeydə alınmış 3:1 və 4:1-lik qələbələrdə Reynaldo – Leroy göstəriciləri belədi:

Reynaldo  - 5 qol, 1 penalti
Leroy    -  5 assist, 1 qol

 

 

Paylaş

// pop up