Reynaldo Dos Santos Silva!!!

single-news
6 Fev 2013

Reynaldo Dos Santos Silva!!!



`Qarabağ`ımız qış transfer pəncərəsində transferə doymur. Daha öncə Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiçi sıralarına qatan komandamız daha bir keçidi reallaşıb. `Qarabağ`ımız Belçikanın ən məşhur klubu olan `Anderlext`dən Reynaldo Dos Santos Silvanı transfer edib. Qısaca Reynaldo adlanan braziliyalı 1989-cü il təvəllüdlüdür. Ön xəttdə universal oyunu ilə seçilən forvard 19 yaşında `Anderlext`ə transfer olunub. Son 2 mövsümdə yüksək liqada `Serkl Brügge` və `Vesterlo`çıxış edən Reynaldo parlaq çıxışla yadda qalıb. Brügge təmsilçisində klubun bombardiri olan Reynaldo bu mövsüm yenidən `Anderlext`ə qayıtmışdı. `Qarabağ`ımız Reynaldonu məhz adıçəkilən klubdab transfer edib. Braziliyalı ilə 3 illik müqavilə imzalaınb.
Reynaldo saytımıza verdiyi açıqlamalarda ilkin təəssüratlarını bölüşüb:``Qarabağ` mənimlə maraqlananda komanda haqqında məlumat topladım. Klubun layihəsi diqqətimi cəlb etdi.`Qarabağ`ın daim avrokuboklarda oynamaq istəyi, hədəfləri bildikdən sonra yeni klubumda oynamağı seçdim. Məni bura dəvət edən menecerim (Bojan İliç) əvvəllər `Qarabağ`da oynayıb. `Qarabağ`ın əla, mehriban kollketiv olması haqqında əminlik yaratdı. Klub funksionerləri ilə danışıb komandanın layihəsinin bir parçasına çevrilməyə razılıq verdim. Artıq Bakıdayam. Klubun çalışanları məni olduqca isti qarşıladı. Hiss olunur ki, burda tam başqa abu hava höküm sürür. Bilirəm ki, `Qarabağ`ın cari mövsüm ən böyük hədəfi çempionluqdur. Turnir cədvəlinə baxdıqda bunun heç də əlçatmaz olduğunu görürük. `Qarabağ`da uğur qazanmaq istəyirəm. `Qarabağ`ın matçlarının videogörüntülərini izləmişəm. Komandam baxımlı, texnikalı futbol oynayır. Azarkeşlərə zövqverən futbol yaşatmağa çalışacağıq. İnanıram ki, mövsümün sonunda çempionluq sevinci yaşayacağıq.`


Paylaş

// pop up