Reynaldo ən yaxşı oldu, Riçarddan 100 ötürmə, Qaradan 99 faizlik dəqiqlik
16 Apr 2014
Reynaldo ən yaxşı oldu, Riçarddan 100 ötürmə, Qaradan 99 faizlik dəqiqlik
Premyerliqanın XXX turun statistik göstəriciləri açıqlanıb. `Qarabağ`ımızın forvardı Reynaldo 19-cu qolunu vurduğu turun ən yaxşı futbolçusu seçilib. Ümumiyyətlə, bu tur bir sıra göstəricilərlə yadda qalıb. Belə ki, `Rəvan`la görüşdə komandamız 76 faizlik topa sahib olmaqla yadda qalıb. Qapıya 27 zərbə vuran komandamızın çərçivəyə gedən 5 zərbəsi qolla tamamlanıb. Komandamızın 779 ötürməsindən 741-i ünvana çatıb ki, bu da 95 faiz (!) dəqiqlik deməkdi. Maraqlıdı ki, bu qədər hücuma, topa sahibolmaya baxmayaraq komandamız görüş ərzində 1 dəfə də ofsayda düşməyib.
Maraqlıdı ki, tur ərzində ən dəqiq ötürmə faizləri də `Qarabağ`dadır. Riçard Almeyda görüş ərzində 100-dən çox (!!) dəqiq ötürmə ilə yadda qalıb. Rəşad Sadıqovun 104-cəhddən 97-sində topu digər `Qarabağ`lıya çatdıra bilibsə Qara Qarayev daha unikal göstəriciyə imza atıb. Belə ki, 22 yaşlı yarımmüdafiəçinin 91 ötürməsindən 90-ı dəqiq olub (!!!) və ya başqa sözlə 99 faizlik göstəriciyə sahib çıxıb. ELə Maksim də 99 faizlik nəticə göstərib. Amma Medvedev 78 ötürmədən 77-sini dəqiq tamamlaya bilib.