Reynaldo yenidən "Qarabağ"ımızda !

single-news
19 Dek 2018

Reynaldo yenidən "Qarabağ"ımızda !



Bu gün "Qarabağ"ımız 2019-cu il öncəsi ilk transferini reallaşdırıb. 2013-2016-cı illərdə komandamızda  87 oyunda 43 qolla yadda qalan sabiq forvardımız Reynaldo Silva  yenidən "Qarabağ"ımıza qayıdıb. Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Reynaldo komandamıza qayıdışı haqda öz fikirlərini klubumuza rəsmi saytına açıqlamasında bildirib:

"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Paylaş