Reytinq hesablandı, “Qarabağ” Avropada şəriksiz liderdi! (korner.az)
6 Avq 2010
Reytinq hesablandı, “Qarabağ” Avropada şəriksiz liderdi! (korner.az)
vropa Liqasında dünən gecə Polşa “Visla”sına dərs keçən “Qarabağ” indi bütün Azərbaycanın komandasına çevrilib. Avropa fatehlərimiz bir-birinin ardınca qələbələr qazandıqca avrokuboklardakı reytinqimiz də əhəmiyyətli dərəcədə artır. Bu il məğlubiyyət acısı dadmadan pley-offa adlayan təmsilçimiz təkbaşına 5 reytinq xalı qazanıb. İndi ölkəmizin reytinq xalı orta hesabla 2-dir. Amma möhtəşəm statistika bununla da yekunlaşmır. Bu il avrokuboklarda təkbaşına topladığı xallara görə “Qarabağ”ımız 1-ci pillədədi! Bu hesablamaları www.xs4all.nl statistika saytı aparıb və http://www.xs4all.nl/~kassiesa/bert/uefa/data/method4/ccoef2011.html linkində yerləşdirib. Builki nəticələrin reytinqində isə ölkəmiz Avropada 8-cidi. Ölkəmizi avrokuboklarda təmsil etmiş “Xəzər Lənkəran”, “İnter” və “Bakı” isə 109-cu yerdə qərarlaşıblar.