Riçard Almeyda 250-ci oyununu keçirdi

26 Avq 2024
Riçard Almeyda 250-ci oyununu keçirdi
Riçard Almeyda komandamızın heyətində 250-ci çempionat oyununu keçirib. Bu, Misli Premyer Liqasının IV turunda reallaşib.
35 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”la ev görüşünə (0:1) start heyətində çıxıb. Komandamızda 2012-ci ildə debüt edən Almeyda fasilələrlə formasını geyindiyi klubumuzun heyətində 250 matçda 51 qol vurub.
O, Azərbaycan çempionatları tarixində eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçudur. Onlardan dördü komandamızın üzvləridir. Maksim Medvedev, Qara Qarayev və Aslan Kərimov da komandamızda 250 və ya daha çox matça çıxıb.