Riçard Almeyda de Oliveyra!!!
5 İyl 2012
Riçard Almeyda de Oliveyra!!!
`Qarabağ`ımız Qızılcahamamda hazırlıqlarını davam etdirir. Eyni zamanda transfer çalışmalarını sürdürən komandamız daha bir keçidi rəsmiləşdirib. Bundesliqadan alınan Varvodiçin ardından komandamız daha bir elitadan futbolçu alıb. `Qarabağ`ımız Portuqaliya yüksək divizionunda çıxış edən `Jil Visente`nin formasını geyinən Riçard Almeyda de Oliveyranı rənglərinə bağlayıb. 9-cu yeri tutan komandasında ötən mövsüm 29 oyuna çıxan 23 yaşlı orta sahə oyunçusu solaxaydır. Riçardla tibii müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanıb. Braziliyalı müqavilə bağladıqdan sonra saytımıza danışıb:`Hara gəldiyimi çox yaxşı bilirəm. Yeni komandam haqqında ətraflı məlumatım var. Daim avrokuboklarda çıxış edir. Üstəlik, komanda gənc və ambisiyalıdır. Komandanın baş məşqçisiylə sphbət etdikdən sonra nə istədiyini yaxşı başa düşdüm. Mən komanda oyunçusuyam. Bura komandanın uğur qazanmasına yardım etmək üçün gəlmişəm. Hər zaman komanda üçün oynamağa çalışmışam. İnanıram ki, `Qarabağ`la böyük uğurlar qazanacam.`
