Riçard Almeydadan 50-ci qol

5 Avq 2024
Riçard Almeydadan 50-ci qol
Futbolçumuz Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolu vurub. Onun yubileyi Misli Premyer Liqasının I turuna təsadüf edib.
35 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la oyunda fərqlənib. Riçard Premyer Liqada 50-ci qolunu 268-ci matçında vurub. O, bütün qollarına komandamızın forması ilə imza atıb.
Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”la səfər oyununda 4:1 hesablı qələbə qazanıb.