Riçard Almeyda:`Uğursuzluğa son qoymaq istəyirik`

single-news
29 Mar 2013

Riçard Almeyda:`Uğursuzluğa son qoymaq istəyirik`



`Qarabağ`ımız sabah premyerliqanın XXIV turunda `Qəbələ`ni qəbul edəcək. Cari mövsüm kubok da daxil olmaqla artıq 5-ci dəfə üz-üzə gələcəyimiz rəqibə qarşı komandamız ilk qələbəsini qazanmaq istəyir. `Qarabağ`ımızın bombardiri Riçard Almeyda vacib oyun öncədi saytımıza danışıb:``Qəbələ`də olduqca güclü futbolçular var. Bu il onlarlaa oyunlarımız olduqca çətin keçib. Bu dəfə də istisna deyil. Komandamız uzun müddətdir bir yerdə məşq etmir. Cəmi 2 dəfə birlikdə məşq etmək şansımız olub. Amma şikayətlənmək zamanı deyil. Qələbə qazanmaq lazımdır. `Simurq`a məğlubiyyət bizə dərs oldu. Aradakı məsafə səhvlərimizdən nəticə çıxarmaq üçün yetərli oldu. Oyun çox çətin olacaq. Rəqibimizin avrokubok üçün tək yolu çempionatda uğur qazanmaqdır. Ona görə də 3 xal üçün hər şey edəcəklər. Amma biz də eyni məqsəd üçün meydana çıxacağıq. Komandamızda itkilər var. Amma bu bizə bəhanə ola bilməz. Yeni transferlərimiz Reynaldo, Torres də düzəliblər. Opara da səviyyəsini hiss etdirir. Sabah 3 xal qazanıb rəqibə qarşı uğursuz sindroma son qoymaq istəyirik.`

Paylaş

// pop up