Riçi, albanlar, 2, 2-ci,11-ci

Riçi, albanlar, 2, 2-ci,11-ci
`Qarabağ`ımız dünən `Rəvan`la mücadilədən qalib ayrılaraq çempionluq yolunda mübarizəsini sürdürdü.`Qarabağ`ımızın 3:2-lıik qələbəsinin maraqlı məqamlarını diqqətinizə çatdırırıq.
Oyuna sürətlə başlayan komandamız 6-cı dəqiqədə hesabı açdı. Çempionatda 8-ci qolunu vuraraq şəxsi məhsuldarlığını daha da yaxşılaşdıran Riçard eyni zamanda cari birincilikdə ən erkən qolumuzun müəllifi oldu. Maraqlıdı ki, buna qədər də vurulmuş ən tez qol da braziliyalıya məxsus idi. Dekabrın 7-də `Kəpəz`lə mücadilədə 23 yaşlı yarımmüdafiəçi 7-ci dəqiqədə hesabı açmağa müvəffəq olmuşdu.
17-ci dəqiqədə Ansi Aqollinin 2-ci dəfə `Rəvan`ın torunu silkələməsi də ən erkən fərq yaranması demək idi. `Kəpəz`lə görüşdə Vaqif Cavadov 21-ci dəqiqədə bunu bacarmışdı.
Ansinin qolu isə onun üçün cari mövsüm birinci hal idi. 30 yaşlı sol cinah müdafiəçisi qol orucunu pozmaqla 17 aylıq susqunluğuna son qoydu. Ansi sonuncu dəfə ötən mövsüm sentyabrın 30-da baş tutmuş VIII tur görüşündə `Turan`a 53-cü dəqiqədə qol vurmuşdu.
Admir Teli isə 90+2-də `Qarabağ`ımıza qələbə qazandıran qola imza ataraq ardıcıl 2-ci matçda da fərqləndi. `Qarabağ`ımızın `istiqrar abidəsi` bununla müdafiədən başqa komandaya ön xəttdə dəstək vermə məharətini göstərdi.
Maraqlıdı ki, `Qarabağ`ımızın son 2 oyunda 6 qola imza atmaqla (hər oiyunda 3) cari mövsüm ilk gerçəkləşdirdi. Cari mövsüm 2 dəfə 3 qol vurmağı bacaran komandamız (`Sumqayıt` - `Qarabağ` 1:6, `Qarabağ` - `Kəpəz` 3:1) 4-cü analoji uğurunu ardıcıl 2 həmlə ilə qazandı.
Maraqlıdı ki, son 2 oyunda vurduğumuz 6 qolun 4-nə... müdafiəçilərimiz imza atıb. `Sumqayıt`la görüşdə Admiri Rəşad Sadıqov müşayət etmişdisə, bu oyunda alban həmyerlisiylə birgə adını tabloya yazdırdı. Yeri gəlmişkən, bir oyunda qol vurmaq `Qarabağ`da 2009-un Yanvarından çıxış edən Teli, 2010- yayından oynayan Ansi Aqolli üçün ilk belə hal deyil. Alban dueti bunu Avroliqada bacarıb. 2011-ci ildə 7 iyulda 3:0 qalib gəldiyimiz `Qarabağ` - `Banqa` görüşündə Admir və Ansi fərqlənmişdilər.
`Qarabağ`ımızın cari qələbəsi məğlubiyyyətsiz oyun sayını 11-ə çatdırdı. Oktyabrın 31-də `Qəbələ`yə 2:1-lik məlubuyyətdən sonra `Qarabağ`ımız 10 çempionat görüşündə 7 qələbə qazanan komandamız 3 dəfə 1 xala razı olub. Bu arada ölkə kubokun 1/8 finalında `Kəpəz` 2:0 məğlub edilib..
`Qarabağ`ımızın növbəti rəqibi `İnter`dir...
`Rəvan - `Qarabağ`: Vurduğumuz qollar