`Rid`(Avstriya) 3 - 1 `Qarabağ`(Azərbaycan) Canlı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Rid`(Avstriya) 3 - 1 `Qarabağ`(Azərbaycan) Canlı
`Rid` - `Qarabağ`. Baş tutacaqmı? Antalyada dünəndən başlayan leysan yağışı davam edir.
`Qarabağ` aşağıdakı heyətlə meydana çıxır: Boyan, Teli, Zaur, Maksim, Ansi, Namiq, İgor, Rəşad S., Əfran, Adamiya, Rauf.
Matç başlandı. Oyunu Azərbaycan olan Orxan Məmmədovun başçılıq etiyi hakimlər briqadası idarə edir.
1` - Oyuna `Qarabağ` başladı.
2` - Meydanın mərkəzini ələ keçirmək uğrunda mübarizə gedir.
3` - Əfran yandan təhlükə yaratmaq istəsə də, oyundan kənar vəziyyətə düşür
6` - Ridin hücumları getdikcə daha təhlükəli olmağa başlayır. İlk künc zərbəsini də onlar yerinə yetirdilər..
7` - QOLLL. İlk təhküləli hücumumuz qolla nəticələndi. Əfranın asmasını Rauf mükəmməl baş zərbəsi ilə qapıdan keçirdi.
11` - Adamiyanın ara ötürməsindən sonra Rauf rəqibin 2 oyunçusunu arxada qoysa da, hücumun qarşısı alındı
15` - Komandamız meydanın mərkəzində top saxlayaraq rəqibi topsuz yormağa çalışır
19` - Oyunun tempi ilk dəqiqələrlə müqayisədə aşağı düşüb…
24` - Əfran fəallığı ilə seçilir…
25` - Ansinin yandan asmasından sonra Adamiyanın zərbəsi qapıçıda qalır
27` - Rəqib istər mərkəzdən, istərsə də yanlardan hücuma cəhd etsə də müdafiəmiz soyuqqanlı bütün həmlələri dəf edir.
28 – Rəşad – Adamiya paslaşmasından sonra Adamiya qapıçı ilə təkbəbək qalsa da, ötürməsi dəqiq alınmadı
Ardında Əfranın, 1 dəqiqə sonra isə Əfranın asmasından sonra Raufun zərbəsində azacıq dəqiqlik çatışmadı..
32` - Rid`in oyun boyu ilk ciddi hücumunun qarşısını Boyan dəf edə bildi..
37` - Künc zərbəmiz kəsərsiz alınsa da, ardından qazanılmış cərimə zərbəsində isə Teli və Rauf bir-birinə mane oldular.
42` - Rid hesabı bərabərləşdirmək istəsə də müdafiəmiz topun qapımıza yaxınlaşmasına mane ola bilirlər.
43` - Adamiyaya qarşı kobudluğa görə rəqibin yarimmıdafiəçisi sarı vərəqə ilə cəzalandırıldı.
45` - İlk yarı başa çatdı
2-ci hissəyə komandamız fərqli `11`liklə başlayır
Fərhad, Kamil,Zaur, Emin, İlqar, Namiq, Rekiş, Bəxtiyar, Sadiqov, Vaqif, Əfran
48` - `Rid` ərazi üstüülüyünü ələ keçirməyə çalışsa da hələlik youn bərabər gedir
50` – Avstriyalılar cərimə zərbəsindən sonra başla hesabı bərabərləşdirirlər, 1:1
52` - Əfran və Vaqiflə ardıcıl 2 həmləmiz nəticə vermir
55` - Komandamız ərazi üstünlüyünü ələ keçirməyə çalışır
58` - Temp bir qədər aşağı düşüb
60` - 1 saat geridə qaldı, hesab 1:1-dir
62` Komandamızda 3 dəyişiklik: Zaur, Rəşad və Əfranın yerinə Eltun, Tural və Vüqar meydana daxil olur
64` Namiqin yerinə Toğrul Bilallı oyuna daxil olur
65` İlqarın sağ cinahdan sərt asmasına son qoyan olmur
66` - Vüqarın asması zamanı Bəxtiyarın baş zərbəsi dəqiq olmur
68` – Künc zərbəsindən sonra `Rid` hesabı öz xeyrinə dəyişir,2:1
71` Rekişin zərbəsi müdafiəçilərdən dönür
74` - Rəqib 3-cü dəfə fərqlənir
80` - Son 10 dəqiqə gedir.
82` - İlqarın asması qapıçıda qalır
84` - Rekişin zərbəsi qapının üstündən keçir
86` - Vaqifin cərimə zərbəsini qolkiper dəf edir
88` - Vaqif bu dəfə 2 müdafiəçini keçib qapıya zərbə endirsə də zərbəsi qapıdan aralı keçir
90` - Oyun başa çatdı