RİEESE AVTOQOLA İMZA ATDI

single-news
23 Apr 2008

RİEESE AVTOQOLA İMZA ATDI



Dünən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirildi. İki ingilis klubu  “Liverpul”la “Çelsi”nin üz-üzə gəldiyi matçda heç-heçə qeydə alındı. Halbuki meydan sahibləri bu oyunda qələbə qazanmağa çox yaxın idilər. 43-cü dəqiqədə Dirk Kuyt qapıçı ilə təkbətəkdən məharətlə yararlanaraq, hesabı açdı. Fasilədən sonra “Çelsi” topa daha çox nəzarət etsə də, qapılar qarşısında təhlükəli vəziyyətlər yaratmaq müşkül məsələ idi. Yalnız son 10 dəqiqədə Rafael Benitesin yetirmələri əks-hücumda rəqibi azlıqda yaxalayırdılar. Lakin Fernando Torres iki epizodda qapıçı ilə təkbətəkdən istifadə edə bilmədi. Artıq hamı görüşün bu hesabla başa çatacağını gözləyirdi ki, əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə status-kvo bərpa edildi. Kalunun sol cinahdan qapı qarşısına ötürdüyü topu Riiese başla öz qapısına göndərdi – 1:1. Bu eyni zamanda matçda vururlan son qol idi. Bu gün isə yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək. Ispaniya klubu “Barselona” İngiltərənin digər təmsilçisi “Mançester Yunayted”i qəbul edəcək.

KUYT 43`, RİEESE 90+4`(avtoqol)

Paylaş

// pop up