`Roma` 25 oyun sonra uduzdu, liderliyi təhvil verdi.Video
`Roma` 25 oyun sonra uduzdu, liderliyi təhvil verdi.Video
İtaliya çempionatında 35-ci turun oyunları keçirilib. Lider `Roma` `Sampdoriya`nı qəbul edib. Çempionatda 25 turdu uduzmayan, son 6 oyunda qələbə qazanan `canavarlar`ı nəhayət dayandıran tapıldı. Hərçənd oyunun başlanğıcı bundan xəbər vermirdi. Ardıcıl hücumlara keçən Kladio Ranyerinin yetirmələri 14-cü dəqiqədə Totti ilə hesabı açdı. İlk yarıda bir çox epizodları dəyərləndirə bilməyən `Roma` 2-ci hissənin əvvəlində cəzalandı. Kassano Pasiniyə qol ötürməsi verməklə sabiq klubunu cəzalandırdı. `Roma` qol vurmaq üçün bütün komandayla irəli atılsa da, son dəqiqələrdə Patsini əks-hücum zamanı iknci qolunu vuraraq komandasına qələbə qazandırdı.
Bu məğlubiyyət paytaxt təmsilçisinin liderliyi yenidən `İnter`ə təhvil verməsi ilə nəticələndi.
`Roma` - Sampdoriya` 1:2