"Roma" - "Qarabağ"ımız 1:0

"Roma" - "Qarabağ"ımız 1:0
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib. "Qarabağ"ımız İtaliyada “Roma”nın qonağı olub. Perottinin vurduğu yeganə qol meydan sahiblərinə qələbə gətirib.
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunda yeni tarix yazan komandamız qrup mərhələsini iki xalla başa vurub.
Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5 dekabr
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Perotti, 53
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu