ROMAL HÜSEYNOV: "QARABAĞ"DA OYNAMAQ MƏNİM ARZUM İDİ . . ."

single-news
24 Yan 2006

ROMAL HÜSEYNOV: "QARABAĞ"DA OYNAMAQ MƏNİM ARZUM İDİ . . ."



Bu gün "Qarabağ" Futbol Klubunun ofisində U-21 Millisinin kapitanı,eləcədə "Turan"ın keşmiş yarımmüdafiəçisi Romal Hüseynovla Klub arasında 1 illik rəsmi müqavilə imzalandı. Müqaviləni Klub adından Klubun İcraçı Direktoru Emrah Çelikel imzalayaraq futbolçuya böyük inamlarının olduğunu dilə gətirdi. O gənc futbolçunun "Qarabağ"ın heyətində böyük uğurlara imza atacağına inamını bildirdi. Bundan sonra futbolçu öz fikirlərini bildirdi: "Mənə yaranmış fasilədə bir neçə klubdan təkliflər oldu.Mən isə bu təkliflər arasından "Qarabağ"ı daha üstün tutdum. Bu da təbiidir. Çünki, "Qarabağ"ın formasını geyinmək, onun uğurları üçün tər tökmək mənim çoxdankı arzum idi. Mən sevinirəm ki, bu arzum bu gün reallığa çevrildi. Klub rəhbərliyinə isə inanıb, məni öz heyətlərində görmək istədiklərinə görə öz dərin təşəkkürümü bildirir,bu etimadı doğruldacağıma özümdə inam hiss edirəm."

Paylaş