RONALDİNYO ŞOUSU VƏ . . . REAL 0 - 3 BARSELONA

single-news
21 Noy 2005

RONALDİNYO ŞOUSU VƏ . . . REAL 0 - 3 BARSELONA



İspaniya çempionatında növbəti turun oyunları keçirildi. Şübhəsiz, turun mərkəzi oyunu Santyaqo Bernabeu stadionunda keçirildi. "Real" "Barselona"nı qəbul etdi. . . İlk hissədə hər iki klub qol vəziyyətləri yaratsa da, yalnız 15-ci dəqiqədə Eto`O-nun vurduğu qol yeganı oldu və komandalar fasiləyə bu hesabla yollandılar. İkinci hissə isə Ronaldinyo şousu ilə yadda qaldı. Gözəl oyunu ilə seçilən braziliyalı 60 və 77-ci dəqiqələrdə vurduğu gözəl qollarla oyuna öz damğasını vurdu. Xüsusilə ikinci qoldan sonra "Real" azarkeşlərinin onu alqışlaması barədə Ronaldinyonun fikirləri: "İkinci qolu vurandan sonra rəqib azarkeşlərinin məni bu qədər alqışlayacağını təsəvvür də edə bilməzdim. Bu hissləri sözlə ifadə etmək mənə çətindir. Bu anları heç zaman unutmayacağam.Onlar bu alqışlarla bir daha sübut etdilər ki, gözəl futbolun nə olduğunu çox yaxşı başa düşürlər."

Paylaş