RONALDO FUTBOL OYNAMAYACAQ???

single-news
15 Fev 2008

RONALDO FUTBOL OYNAMAYACAQ???



Müasir dövrün ən yaddaqalan futbolçularından olan Ronaldonun yaxasını zədələr buraxmır. Dizindən aldığı zədələrə görə bir neçə il futboldan ayrı qalan "yekədiş" srağagün  "Livorno" ilə keçirilən qarşılaşmada da xəsarət alıb. Görüşün 57-ci dəqiqəsində komanda yoldaşı Cilardinyonu əvəzləyən Ronaldo cəmi 3 dəqiqə sonra meydançanı tərk etmək məcburiyyətində qalıb. "İnter"də çıxış edərkən 1998 və 2000-ci illərdə sağ dizindən ciddi zədə alan Ronaldo "Livorno" ilə oyunda eyni ağrıları keçirib. Bu dəfə isə sol dizindən. Meydançanı göz yaşları içində tərk edən futbolçunun sol diz yan bağlarının qopduğu məlum olub. "Milan"ın rəsmi internet saytında verilən məlumata görə, 31 yaşlı forvard təxminən 9 ay və ya 1 il yaşıl meydançalardan uzaq qalacaq. Bu ilkin müayinədən sonra verilən məlumatdır. Onun karyerasını bitirmək ehtimalı da var.  Bu gün Paris şəhərindəki müayinədən sonra onun gələcək taleyinə aydınlıq gələcək.

 

Paylaş

// pop up