Roşa çempionluq və qrup mərhələsini arzulayır

single-news
7 Sen 2011

Roşa çempionluq və qrup mərhələsini arzulayır



`Qarabağ`ımızın transfer pəncərəsinin son günündə sıralarına qatdığı Leonardo da Silva Roşa artıq komandamızla məşqlərə çıxır. Azərbaycana gəlmiş ən istedadlı futbolçulardan sayılan, texnikalı, yüksək meydanı görmə qabiliyyətli pleymeyker `Qarabağ`a böyük hədəflər üçün gəlib:`Hamıya məlumdur ki, `Qarabağ` Azərbaycanda ən çox rəğbət bəslənilən komandadır. Avrokuboklarda uğurlu çıxışla yanaşı sərgilədiyi baxımlı futbolla da azarkeşlər tərəfindən sevilir. Mənim də oyun üslubumun `Qarabağ`a uyğun gəldiyini düşünürəm. Çoxları məni məhz bu səbəbdən `Qarabağ`da görürdü. Məlum olduğu kimi, ötən mövsümün sonunda `Bakı`dan ayrıldıqdan sonra Braziliya klubuyla şifahi razılaşma vardı. Onlar da yerli futbol qurumuna lisenziyama görə müraciət etmişdilər. Bu səbəbdən keçidim bir qədər yubandı. Amma indi hər şey arxada qalıb. `Qarabağ`da ilk oyunuma çıxacağım günü səbirsizliklə gözləyirəm.  Bilirəm ki, mən `Qarabağ`ın 2-ci və sonuncu transferiyəm .Ona görə də məndən çox şeylər gözlədiklərini bilirəm.  `Qarabağ`ın azarkeşləri çox çılğındır. Onlar heç yerdə komandalarını tək qoymurlar.  Çalışacam ki, komandaya verəcəyim  faydayla onları sevindirim. `Qarabağ`a uğur qazanmaq üçün gəlmişəm. İlk növbədə çempionluq, sonra isə Avrokuboklarda qrup mərhələsində oynamaq istəyirəm. `Qarabağ`ın buna qadir olduğunu düşünürəm.`

 

Paylaş

// pop up