Roşa:`Biz oynadıqdan sonra...`

single-news
27 Sen 2011

Roşa:`Biz oynadıqdan sonra...`



`Qarabağ`ımız AZAL-la qarşılaşmaya bir sıra itkilərlə çıxmışdı. Xüsusilə, son zamanlar əla formada olan Raufun sıradan çıxması hücum xəttində problem yaratmışdı. `Təyyarəçi`lərlə görüşdə əslində komandamız demək olar ki, 4-6-0 sxemində meydana çıxsa da, hücumun mərkəzinə daha yaxın oynayan yeni transferimiz Leanardo Roşa idi. Bu 26 yaşlı braziliyalının eyni zamanda `Qarabağ`ımızın start `11`liyində ilk oyunu idi. Meydanda olduğu müddətdə dayanmayan, müdafiəçiləri təzyiqdə saxlayan Leo son dəqiqədə əvəzlənsə də, oyunu ilə rəğbət qazandı. Roşa saytımıza verdiyi açıqlamada AZAL-la oyunu dəyərləndirib:`İlk növbədə bizim üçün 3 xal vacib idi. Son oyunlarda xal itirdiyimizə görə qələbə qazanmaq istəyirdik. Oyunun startında qol buraxsaq da, tədricən toparlandıq və 3 qol vura bildik. Daha da çox vura bilərdik. Əsas odu ki, 3 xalı qazandıq. Bu oyun bizə psixoloji cəhətdən faydalı oldu.`
Leo həmçinin `Qarabağ`da çıxış edən ilk braziliyalı kimi də tarixə düşüb:` Bundan xəbərim yox idi. Belə baxanda bu mənə təəccüblü gəldi. Çünki, braziliyalılar demək olar ki, dünyanın hər yerində futbol oynayırlar. Əslinə bu fakt məndə əlavə məsuliyyət yaradır. Çalışacam ki, öz oyunumla inamı doğruldum.`
Braziliyalı öz oyunu haqqında belə dedi:`Deməzdim ki, hələ tam hazıram. Hələ zamana ehtiyacım var. Oynadıqca daha da `artıracam`. Komandada əla atmosfer var.  Bu mənə özümü rahat hiss etməyə imkan verir. Hücumda oynamağıma gəlincə. Cəmi 1 dəfə `İnter`də olanda hücumçu kimi oynamışam. Baş məşqçi indi belə oynamağı məsləhət gördü. Çalışdım ki, ən yaxşısını edim. Hücumçu kimi 2-3 dəfə fərqlənməyə imkanım oldu. Amma komanda çox yaxşı oynadı. Topla tez hərəkət edərək rəqibi topsuz qoyduq. Belə davam etsək qarşısıalınmaz olacağıq.`
Roşa `Qarabağ`ın tezliklə zirvəyə yüksələcəyinə inanır:`Bilirəm ki, `Qarabağ`ın yüksək hədəfləri var. Çox mehriban kollektivimiz var. Hamı futbolu düşünür. Biz oynadıqca məğlub etməyəcəyimiz komanda yoxdu. Azarkeşlərimiz bizi dəstəklədikcə biz özümüzə daha da inam gələcək.   

Paylaş

// pop up