RÖVNƏQ ABDULLAYEV PREZİDENT SEÇİLDİ
RÖVNƏQ ABDULLAYEV PREZİDENT SEÇİLDİ
Bu gün saat 11:00-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın növbədənkənar Konfransı keçirilib. Növbədənkənar Konfransın gündəliyinə 1 məsələ daxil edilmişdi:
1. AFFA prezidentinin seçilməsi
Məlum olduğu kimi, AFFA prezidentliyinə 2 nəfərin – Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov və «Neftçi» Peşəkar Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Rövnəq Abdullayevin namizədliyi irəli sürülmüşdü. Seçkinin nəticələrinə görə, Rövnəq Abdullayev AFFA-nın prezidenti seçilib. Konfransda iştirak edən 29 səshüquqlu nümayəndənin 27 nəfəri Rövnəq Abdullayevin lehinə səs verib.
Növbədənkənar Konfrans başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.