Rövşən Əhmədov: Atalar 3-dən deyib. Video

single-news
28 Noy 2010

Rövşən Əhmədov: Atalar 3-dən deyib. Video



Bu gün Azərbaycanın ən tarixi derbisi 40-cı dəfə baş tutdu. Ölkə ftbol tarixində bütün çempionatların iştirakçıları `Qarabağ` və `Neftçi` Tofiq Bəhramov adına respuiblika stadionunda tarixlərinə, adlarına yaraşan mücadiləyə çıxdılar. Mərkəzi arenaya toplaşmış 3000-dən çox azarkeş futbol-şousundan zövq almaqdan heç bir çətinlik çəkmədi. İngilissayağı vurulmuş qol, tirdən dönən zərbə, qapıçı seyvləri bir sözlə hər şey futbolun estetikasına xidmət edirdi. Amma di gəl ki, deyirlər, milçək bir şey deyil amma könül bulandırar. Pardon, milçəyin derbiylə nə əlaqəsi olduğunu soruşa bilərsiz. Həzərat, bəzən div qanadlarla silahlanmış milçəklər könül bulandırmır, əksinə atalara rəhmət oxudurur.
Necə? Sadəcə, biz tarixə bağlı millətik. Biz tariximizi, milli mənəvi dəyərlər toplusuna yüksək qiymətləndiririk. Fikir verin, `Qarabağ` - `Neftçi` oyununa. Qeyd etdiyimiz kimi derbi azarkeşlərə əslderbi ləzzəti yaşatdı. Amma oyunu idarə edən tarix qədər mühafizəkar hakim Rövşən Əhmədov bu dəfə də hər kəsi milli dəyərlərimizə hörmət etdirməyə məcbur etdi. Necə? Sadə bi üsulla. Görüşün 52-ci dəqiqəsində Rauf Əliyevi qucaqlayıb yerə yıxırlar, Əhmədov penalti verməyi ağlından belə keçirmir. Axı, dedik axı, Rövşən müəllim olduqca mühəfizəkardır. Əhmədov bununla `bir güllə bahar olma`z məsəlinə tam əməl elədi. Və oyunun 80-ci dəqiqəsi. Bu dəfə Raufun zərbəsi Mitreskinin açıq əlinə dəysə də, Rövşən müəllim 2 metr gözünün qarşısında baş verən olaya belə münasibət göstərər: Atalar 3-dən deyib. Tarixi, şərəfli,şücaətli atalarımızın məsələsinə tam könüldən (görəsən bir milçəyi hardan tapaq?) əməl edən Rövşən müəllim bununla da göstərdi ki, ancaq 3-cü dəfə penalti verə bilərəm. Amma, çifayda. Bunun üçün vaxt çatmadı. Və derbidə `Neftçi` vurduğu gözəl qolla qələbə qazandı.
Hə, deyə bilərsiz ki, bu lap ağ oldu. Atalar məsəlinin nə əlaqəsi var? Elə isə, buyurun, özünüz izləyin.
www.premyerliqa.az saytı Rövşən Əhmədov 52 və 80-ci dəqiqələrdə aşkar penaltilərimizi verməməklə dəyərli ağsaqqalımız milli dəyərlərimizə nə qədər bağlı olduğunu göstərib...

Paylaş

// pop up