RUNİ 65 MİN FUNT STERLINQ UDUZUB
RUNİ 65 MİN FUNT STERLINQ UDUZUB
Sərlövhədəki fikrin ortaya çıxmasına səbəb olan hadisə ötən ay baş verib.Ueyn Runi
DÇ-2010-un Belarusla seçmə oyunundan sonra kazinoya gedibmiş.
İngiltərə yığmasının hücumçusu 65 min funt sterlinq məbləğində pulunu məhz həmin məkanda “itirib”.Kazino işçilərindən biri bu haqda belə danışıb:”Runi kazinoya girən kimi maksimum pul qoyuluşu 500 funt sterlinq olan “Blək Cek” oyununun keçirildiyi stola yaxınlaşdı.Onun sifətindəki gülüş cizgilərini ayırd etmək elə də çətin deyildi.Görünür,uğurun onun tərəfində olacağını düşünürmüş.Lakin futbolçu oyunun lap əvvəlindən pullarını uduzmağa başladı.Hərdənbir fırlanğıca baş vursa da,bu oyunda da bəxti heç gətirmədi.Kazino səhər saat 6-da bağlandı.Həmin vaxta kimi Ueyn 65 min funt sterlinq uduzmuşdu.Maşınına əyləşəndə sifəti tam qəzəb içində idi.Amma bir şey də var ki,onun maddi durumu bu qədər pul itkisi üzündən əsla çox təsirlənə bilməzdi”.