RUSİYA KLUBU İQOR PONOMARYOVLA MARAQLANIR

single-news
6 Dek 2007

RUSİYA KLUBU İQOR PONOMARYOVLA MARAQLANIR



Azərbaycan milli komandasının və "Qarabağ"ın keçmiş baş məşqçisi İqor Ponomaryov yenidən Rusiyada çalışa bilər. Həmyerlimiz birinci dəstədə çıxış edən Kalininqradın "Baltika" klubunun maraq dairəsindədir. Mövsümün başa çatmasına baxmayaraq, komanda rəhbərliyinin əsas qayğısı yeni baş məşqçi axtarışıdır. 13 namizəd arasında İ.Ponomaryovla yanaşı, Sergey Andreyev, Andrey Çernışov, Kaxaber Tsaxadze, Sergey Qorlukoviç, Vyaçeslav Dayev, Sergey Qerasimets, Arkadi Krasavin və Sergey Frantsevin də klubun sükanı arxasına keçməsi variantı müzakirə edilir. Namizədlər arasından seçiləcək iki məşqçi dekabrın 10-da klubun direktorlar şurasına təqdim edəcək. Bundan sonra müsabiqənin qalibi, yəni komandanın yeni baş məşqçisinin adı müəyyənləşəcək. Hazırda "Baltika"da müqavilə əsasında cəmi 7 futbolçu var ki, onların da arasında Qusarın "Şahdağ" klubunun keçmiş dağıstanlı hücumçusu Qurban Əliyev də yer alır. O, İ.Ponomaryov 2004/05 mövsümündə "Qarabağ" klubunu çalışdırarkən, Azərbaycan çempionatına qarşı oynayıb. Futbol üzrə yeganə azərbaycanlı olimpiya çempionu olan İ.Ponomaryov Rusiya çempionatının birinci dəstəsində il yarım çalışaraq, Pyatiqorskun "Maşuk-KMV" klubunun baş məşqçisi olub. "Maşuk-KMV"nin son mövsümün gedişində istefaya göndərdiyi məşqçi artıq yarım ildir işsizdir. Qeyd edək ki, vaxtilə "Baltika"da milli komandamızın futbolçuları Qurban Qurbanov, Yuri Muzika və "Qarabağ"lı Aslan Kərimov çıxış edib.

Paylaş

// pop up