RUSİYA YIĞMASININ YENİ BAŞ MƏŞQÇİSİ: YURİ SYOMİN

single-news
19 Apr 2005

RUSİYA YIĞMASININ YENİ BAŞ MƏŞQÇİSİ: YURİ SYOMİN



Gözlənildiyi kimi, Yuri Syomin futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi seçilib. Bu barədə dünən Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko məlumat verib. Mutkonun sözlərinə görə, Syomin artıq bu gündən yeni vəzifəsinin icrasına başlayacaq və onun müqaviləsi bu ilin sonunacan nəzərdə tutulub. O, vəzifəsini uğurla icra edəcəyi halda sözləşmənin müddəti uzadılacaq. Məşqçisinin aylıq məvacibi isə 20 min dollar olacaq. Xatırladaq ki, Rusiya yığma komandasının keçmiş baş məşqçisi Georgi Yartsevin də zəhməti eyni miqdarda qiymətləndirilirdi. Mutkonun sözlərinə görə, Rusiya yığmasında Syomindən başqa onun iki köməkçisi və ikinci məşqçi də çalışacaq. Federasiya prezidenti onu da qeyd edib ki, yığma komandaya Syomindən başqa hansısa bir yerli mütəxəssisin namizədliyi müzakirə olunmayıb. Əcnəbi məşqçilərdən isə Milutinoviç, Nitsfeld və Ulyenin adları çəkilsə də, onlar bu vəzifədən imtina ediblər. Qeyd edək ki, Syominin Rusiya millisində ilk sınağı iyunun 4-nə təsadüf edəcək. Həmin gün Syominin yetirmələri Latviya milli komandası ilə üz-üzə gələcəklər.

Paylaş