RUSLAN MUSAYEV "QARABAĞ"DA QALDI (ÇEMPİON, 14 FEVRAL,2005)

single-news
14 Fev 2005

RUSLAN MUSAYEV "QARABAĞ"DA QALDI (ÇEMPİON, 14 FEVRAL,2005)



Ölkə çempionatının 18-ci turunda istirahət edən “Qarabağ” daha üç oyunçu ilə müqavilə bağlayır. Belə ki, hələ Antalyada klubun düşərgəsində baxışdan keçən ukraynalılar Artyom Şubin, Andrey Kolinenko, Denis Sokolovski ilə anlaşma imzalanıb. Ağdam klubunun rəhbərliyi Ukrayna Futbol Federasiyasına bu barədə rəsmi müraciət göndərib. Bir neçə günə həmin oyunçuların transfer vərəqələri gəlməlidir. Ruslan Musayevin ikinci dövrədə də klubda oynayacağı dəqiqləşib. Bunu futbolçunun özü də etiraf etdi: “Artıq heç bir kluba getməyəcəyəm. Çempionatın sonuna qədər “Qarabağ”da oynayacağam”.

Paylaş