RUY KOŞTANIN SON QƏRARI...

single-news
8 Yan 2008

RUY KOŞTANIN SON QƏRARI...



O, ötən ilin sonlarında cari mövsümün karyerasında sonuncu ola biləcəyinə bir neçə dəfə işarə vurmuşdu. Manuel Ruy Koşta artıq bu planda qəti qərara gəlib. Portuqaliya millisinin sabiq  yarımmüdafiəçisi yeni ilin ilk günlərində jurnalistlərə peşəkar futbolçu karyerasını yayda başa vuracağını açıqlayıb. 35 yaşlı veteran azı bir şeyə görə xüsusi sevindiyini də həmkarlarımıza çatdırıb.  Axı o, həmişə futbolçu həyatını məhz hazırda şərəfini qoruduğu “Benifika”da başa vurmaq arzusuyla yaşayıb. Bu da təsadüfi deyil. Çünki Manuel məhz “qartallar”ın yetirməsidir. Əlavə edək ki, Lissabon klubunun rəhbərliyi onu sıralarında saxlamaq fikrindədir: “Yaşıl meydandan gedəndən sonra sevimli klubumun idman direktoru postunu tuta biləcəyimi düşünürəm. Klub futbolunda hökm sürən atmosferi daxildən hiss etməyi xoşlayıram”.

Paylaş

// pop up