RZA ÇALIMBAY ERASI BİTDİ !

single-news
18 Okt 2005

RZA ÇALIMBAY ERASI BİTDİ !



Mövsümün əvvəlindən uğursuzluq zolağına düşən "Beşiktaş"ın baş məşqçisi Rza Çalımbay dünən istefa verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, gənc çalışdırıcı bu qərarı klub prezidenti Yıldırım Dəmirörən ilə görüşdən sonra qəbul edib. Bir neçə gün vətəndən kənarda olan Dəmirörənin bu müddət ərzində Qordon Milnlə görüşdüyü və təcrübəli məşqçi ilə artıq razılıq əldə etdiyi də yayılan xəbərlər arasındadır. Qeyd edək ki, Miln "Qara qartal"ın tarixinə ən uğurlu baş məşqçi kimi düşüb. Belə ki, "Beşiktaş" "əfsanə"vi məşqçinin rəhbərliyi altında ard-arda 3 dəfə ölkə çempionu adını qazanıb. İngiltərəli məşqçinin bu gün İstanbula gələcəyi və "ağ-qaralar"la müqavilə imzalayacağı gözlənilir. Maraqlı bir faktı da qeyd edək ki, Qordon Milnin çalışdırdığı əfsanəvi "Beşiktaş"ın kapitan sarğısını məhz Rza Çalımbay daşıyırdı.

Paylaş

// pop up