Sabah daha bir güclü rəqibə qarşı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5507.jpg)
26 Yan 2012
Sabah daha bir güclü rəqibə qarşı
`Qarabağ`ımızın Antalyada 5 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Öncə Qazaxıstanın `Taras`ı ardınca Avstriya `Rid` ilə qarşılaşan komandamızın 27, 31 və 3-də keçirəcəyi rəqiblərinə aydınlıq gəlib. Komandamız sabah Ruminiyanın məşhur `Vaslui` komandasıyla qarşılaşacaq. Son 2 mövsüm ölkə çempionatın bürünc mükafatçısı, cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış ruminlarla oyuna Bakı vaxtıyla 18:30-da start götürəcək. Yanvarın 31-də daha bir rumın klubu ilə qarşılaşacağıq. Bu dəfə superliqa təmsilçisi `Petrolul Ploiesti`ylə qarşılaşacağıq. Və nəhayət sonuncu görüşümüz 2 qat Gürcüstan çempionu Vit-Gorgiya`ya qarşı olacaq.