SABAH DERBİDİR

single-news
16 May 2008

SABAH DERBİDİR



Sabah Azərbaycan Premyerliqasının XXV turunda milli çempionatların ən önəmli derbilərindən biri baş tutacaq. “Qarabağ” – “Neftçi” keçirilmiş 16 birinciliyin hamısında iştirak etmiş “Turan”la birgə 3 klubdur.  Öncə ki, xəbərimizdə klubların şəxsi statistikası haqqında məlumat vermişdik. Sabah keçiriləcək oyunu idarə edəcək hakimlərin adı məlum olub. Görüşü Babək Quliyev idarə edəcək. Xatırladaq ki, bu FİFA dərəcəli ədalət təmsilçisinin cari mövsümdə “Qarabağ”ın idarə edəcəyi 2-ci qarşılaşma olacaq. “Qarabağ” – “Qəbələ” oyununu idarə edən Quliyev komandamızın 2:1-lik qələbəsini rəsmiləşdirmişdi. Baş hakimə Arif Ağayev, Ruhulla Kərimov kömək edəcək. 4-cü hakim funksiyasını isə gənc referi Yaşar Abbasov yerinə yetirəcək.

Xatırladaq ki, sabah Suraxanı qəsəbə stadionunda saat 17:00-da keçiriləcək. Bütün azarkeşlərimizi sabah keçiriləcək “Qarabağ” – “Neftçi” derbisinə dəvət edirik.    

 

Paylaş

// pop up