Sabah `Obolon`la...
29 Yan 2012
Sabah `Obolon`la...
Məlum olduğu kimi, `Qarabağ`ımız Antalyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırdı. Atrıq `Taras`, `Rİd` və `Vaslui`ylə qarşılaşan komandamızın oyun siyahısına daha bir rəqib əlavə olunub. Belə ki, komandamız sabah Ukraynanın `Obolon`u ilə qarşılaşacaq. Eyni zamanda 31-də `Petrolul Ploiesti`lə oyununumuz da qüvvədədir. Sadəcə Komandamızın baş məşqçisi Qurban Qurbanov i 2 oyuna fərqli heyəti meydana buraxacaq.
Qeyd edək ki, `Obolon`la oyun Bakı vaxtıyla 17:00-da, `Petrolul Ploiesti``la oyun 17:15-də baş tutacaq.
