“Sabah” - “Qarabağ” matçında 3 qol
“Sabah” - “Qarabağ” matçında 3 qol
“Sabah” – “Qarabağ” – 2:1
Velko Simiç, 79, Patrik Mbina, 86 // Kamilo Duran, 59
İlk oyun – 2:2
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Bizon Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab matçına çıxıb.
Finala vəsiqə uğrunda qarşılaşmada komandamızın rəqibi “Sabah” olub. Görüş “Bank Respublika Arena”da keçirilib.
“Qarabağ” oyuna aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
İlk oyunda məhsuldar heç-heçə edən rəqiblər bu dəfə də hücum futbolu nümayiş etdiriblər. Matç əsasən qarşılıqlı hücumlarla keçib ki, artıq ilk yarıda hər iki komanda rəqib qapısı önündə təhlükəli epizodlar yaradıb. Qapıçımız Mateuş Koxalskinin qırmızı vərəqə almasından sonra komandamız azlıqda qalıb.
Matçın taleyi fasilədən sonra həll olunub. Komandamız hissənin əvvəllərində hesabı açıb. Emmanuel Addainin ötürməsindən sonra Kamilo Duran fərqlənib. Amma matçın sonlarında iki qol vuran rəqib 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız növbəti oyununu Misli Premyer Liqasının XXIX turunda keçirəcək. Aprelin 26-da “Palms Sports Arena”da baş tutacaq “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.
