"Sabah" - "Qarabağ" oyununu Fərid Hacıyev idarə edəcək

single-news
11 Mar 2022

"Sabah" - "Qarabağ" oyununu Fərid Hacıyev idarə edəcək



Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ" səfərdə "Sabah" ilə qarşılaşacaq.

 

Oyunun baş hakimi Fərid Hacıyev olacaq. Müslüm Əliyev və Kamran Bayramov köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

 

Rüfət Əmirov AFFA nümayəndəsi, Ömər Paşayev isə hakim-inspektor olacaq.

 

Martın 12-də keçiriləcək "Sabah" - "Qarabağ" qarşılaşması saat 19:00-da başlayacaq.

Paylaş

// pop up