"Sabah" - "Qarabağ"ımız 0:1

single-news
2 Dek 2019

"Sabah" - "Qarabağ"ımız 0:1



Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. "Qarabağ"ımız səfərdə "Sabah"ın qonağı olub. İlk hissədə komandamız bir neçə dəfə hesabı açmağa yaxın olsa da, rəqib qapıçı yaxşı oynayıb və ilk hissə 0:0 hesabıyla bşa çatıb. İkinci hissəyə də sürətli başlayan komandamız 74-cü dəqiqədə hesabı açıb. Futbolçumuz Zubir yerlə vurduğu zərbəylə topu qapıdan keçirib.

Matçın qalan dəqiqələrdə hesab dəyişməyib və komandamız 0:1 hesablı qələbə qazanıb.

Paylaş