"Sabah" - "Qarabağ"ımız 0:2

30 Sen 2018
"Sabah" - "Qarabağ"ımız 0:2
Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunlarına start verilib. "Qarabağ"ımız səfərdə "Sabah"ın qonağı olub. İlk hissədə komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da, hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində futbolçumuz Filip Ozobiçin penalti zərbəsini rəqib qapıçı dəf edib. Komandamız istəyinə 82-ci dəqiqədə çatıb. Ozobiçin ötürməsini Miçel başla dəqiq tamamlayıb. Matçın 89-cu dəqiqəsində isə Emeqara qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq yekun hesabı müəyyənləşdirib. Komandamız səfərdə 2:0 hesablı qələbə qazanıb.
29 sentyabr (şənbə)
20:50. “Sabah” – “Qarabağ” - 0:2
Qollar: Miçel, 82, İnnosent Emeqara, 89
“Əlincə Arena”