"Sabah" - "Qarabağ"ımız 1:1
5.jpg)
"Sabah" - "Qarabağ"ımız 1:1
Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Sabah"ın qonağı olub. Oyuna sürətli başlayan komandamız 19-cu dəqiqədə hesabı açıb. Reynaldo Silva cərimə zərbəsindən möhtəşəm qolla yadda qalıb. Komandamız qoldan sonra bir neçə dəfə fərqlənməyə yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Matçın 75-ci dəqiqəsində isə rəqib hesabı bərabərləşdirib. Qapıçı ilə bir-birini başa düşməyən Bədavi Hüseynov topu öz qapımızdan keçirib. Matç bu hesabla da başa çatıb
16:30.“Sabah” – “Qarabağ” - 1:1
Qollar: Reynaldo Silva, 19 (0:1), Bədavi Hüseynov,72-avtoqol (1:1)
Qırmızı vərəqə: Erik Ramos, 77 ("Sabah", iki sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
“Əlincə Arena”.