SABAHDAN ETİBARƏN...
4 Dek 2007
SABAHDAN ETİBARƏN...
“Olimpik”lə oyundan sonra verilən 3 günlük istirahət sabah başa çatır. Sonuncu qarşılaşma ilə dövrəni qapayan komandamız ikinci yarı hazırlıqlarına belə demək olarsa sabahdan başlayacaq. Düzdü, 2-ci dövrənin başlanmasına 2 aydan çox vaxt qalsa da fiziki-taktiki geriləmə yaşanmaması üçün komandamız istirahətə bir qədər gec yollanacaq. Dekabrın 8-i legionerlərimiz İsaac Pupo, Mamadouba Soumah, Viktor İbekoyi vətənlərinə yola düşəcək. Digər futbolçular isə dekabrın 18-inə qədər məşqlərə davam edəcək. Sonra isə komanda yanvarın 5-inə kimi istirahətə yollancaq. Həmin gündən etibarən isə “Qarabağ”ın mövsümlərarası dönəmdəki hazırlıq mərhələsinin Türkiyə dönəminə start verəcək.