“Sabah”la oyunun hakimləri müəyyənləşdi
18 Dek 2025
“Sabah”la oyunun hakimləri müəyyənləşdi
Komandamızın “Sabah”la oyununun təyinatları açıqlanıb. Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçını Elçin Məsiyev idarə edəcək.
Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Vüqar Həsənli olacaq. Tural Qurbanov VAR, Asiman Əzizli AVAR, Vüsal Əliyev hakim-inspektor, Erkin Hüseynov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək oyun saat 19:30-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
