“Sabah” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
20 Apr 2026

“Sabah” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



Bizon Azərbaycan Kubokunda 1/2 finalın cavab görüşlərinin təyinatları açıqlanıb. Komandamızın “Sabah”la oyununun hakimləri bəlli olub.

 

Aprelin 22-də keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək. Cəmil Quliyev və Şirmamed Mamedov baş hakimin köməkçiləri, Kamal Umudlu dördüncü hakim olacaq.


Kamranbəy Rəhimov VAR, Rəhman İmami AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

 

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Paylaş

// pop up