SABİQ “QARABAĞ”LI TÜRKİYƏ MİLLİSİNDƏ

single-news
2 Fev 2008

SABİQ “QARABAĞ”LI TÜRKİYƏ MİLLİSİNDƏ



Fevralın 21-də Azərbaycanın milli futzal komandası Türkiyə millisi ilə qarşılaşacaq. Dünya çempionatının seçmə mərhələsinə hazırlıq xidməti daşıyan bu yoldaşlıq matçının “Qarabağ” Futbol Klubu ilə əlavə bir bağlılığı var. Belə ki, ötən il “Qarabağ”ın şərəfini qorumuş Hakan Dəmir Türkiyə millisinin tərkibində Bakıya gələcək. “Qarabağ”dan ayrıldıqdan sonra “Kahramanmaraşspor”a keçən sabiq futbolçumuz futzalda da eyni müvəfəqiyyətlə çıxış edir. Təsadüfi deyil ki, elə bu səbəbdən qardaş ölkə millisinə seçilən Hakan Demir ayın 21-i keçiriləcək oyunda iştirak edəcək.

Paylaş

// pop up