Sadəcə `Arsenal` qalib gəldi

single-news
25 Fev 2009

Sadəcə `Arsenal` qalib gəldi



Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçirilib.Gecənin ən məhsuldar oyunu İspaniyada “Atletiko” və “Portu” arasında baş tutubsa, İtaliyada “İnter”lə “Mançester Yunayted”in qarşıdurmasında qapılara top vurulmayıb.

Ümumiyyətlə, dörd qarşılaşmadan yalnız “Arsenal” qələbəyə sevinib, digər üç matçda rəqiblər meydanı heç-heçəylə tərk ediblər.

24 fevral

23:45 "Atletiko" (İspaniya) — "Portu" (Portuqaliya) - 2:2
Baş hakim: Hovard Uebb (İngiltərə)
QOLLAR: Maksi Rodriges, 2; Forlan, 45 - Lisandro Lopes, 23; 73

23:45 "Lion" (Fransa) — "Barselona" (İspaniya) - 1:1
Baş hakim: Volfqanq Ştark (Almaniya)
QOLLAR: Juninyo,7 - Tyeri Anri, 67

23:45 "Arsenal" (İngiltərə) — "Roma" (İtaliya) - 1:0
Baş hakim: Klaus Bu Larsen (Danimarka)
QOL:Van Persi, 36 (penaltiylə)

23:45 "İnter" (İtaliya) — "Mançester Yunayted" (İngiltərə) - 0:0
Baş hakim: Luis Medina Kantalexo (İspaniya)

Ən maraqlı oyun: "Atletiko" (İspaniya) — "Portu" (Portuqaliya) - 2:2

Arsenal - Roma 1:0 

Van Persi 36 p.

Paylaş

// pop up