SADƏCƏ OLİMPİADAMI?
SADƏCƏ OLİMPİADAMI?
RUSLAN MƏMMƏDLİ
Bu günlərdə Çində keçirilən olimpiada heç şübhəsiz dünya gündəminin bir nömrəli maddəsidir. Kainatın 80-dən çox ölkəsinin dövlət rəsmilərinin qatıldığı 4 illiyinin ən önəmli turniri hətta 10 illik prezidentlik dövründə ən böyük xarici səfəririnin gerçəkləşdirilməsinin səbəb olduğu Amerika prezidenti Corc Buşun əməlli-başlı istirahət etməsinə səbəb olmuşdu. Düzdü, Gürcüstanda baş verən məlum olaylar dünyanın ən supergüc dövlətinin başqanının tələm-tələsik “qıyıqgöz”lərin ölkəsinə tərk etməsinə səbəb oldu. Yeri gəlmişkən, qonuşu ölkədən baş verənlərin olimpiadanın startında təsadüf etməsi heç də birmənalı qarşılanmasa da, hər halda 5 halqalı yarışın nüfuzu daha ağır oldu.
Hə, olimpiadadan danışmışkən. Dünyada makroiqtisadiyyata iddialı olan çinlilər təşkilatçılığa külli-miqdarda pul xərcləyərək yarışın ad-sanından yetərincə istifadə etməyə cəhd ediblər. Düzdü, hələlik pis alınmır. Bəzi istisnaları nəzərə almasaq. Özəllliklə, turistlərin əhalinin ən çox yaşadığı ölkəyə can atmaması, yarış obyektlərinin dolmaması və s. Amma hər halda bu amillər olimpiadanın əzəmətinə xələl gəirmir. Amma hər nə qədər siyasi və müəyyən maraqların təmin olunması baxımından turnirə möhtəşəm damğası vurulsa da, yarışın geridə qalan günləri göstərdi ki...
Dünyada idmanın şahı hesab olunan futbol da olimpiadada təmsil olunur. Özüdə bu il yetərincə təbliağata, gurultulu qalmaqallara səbəb oldu. “Verder”dən Dieqonun, “Barselona”dan Messinin Çinə yollanacaq millinin tərkibində oması üçün davaya qalxması, Komaninin “Hamburq”dan sadəcə qrup mərhələsinə kimi icazə alması amma sonradan Belçikanın play-offa vəsiqə azanmasına görə məxsus olduğu kluba dönməkdən imtina etməsi olduqca səs-küy yaratdı. Adı çəkilən futbolçuların, xüsusilə cənubi Amerikadan gələnlərin qitə birinciliyindən hər vəchlə imtina etməsinə baxmayaq olimpiadaya can atması turnirə olan marağı göstərir. Yaxın keşmişə qədər dünyanın ən güclüsü sayılan Ronaldinyo da Braziliya millisiylə Avqustun 23-ü qızıl medalı qazanmaq istədiyi gizlətməmişdi.
Amma bütün niyyət sevdasına baxmayaraq, futbol olimpiadaya daxil növləri bir baş üstələ bilmir. Beynəlxalq Olimpiya Komitəsi (BOK) nə qədər nəzdində olan futbol turnirinin əzəmətini Avropa və Dünya çempionatları səviyyəsinə qaldırmağa çalışsa da görünən odur ki, hələ ki Jak Rokkenin arzusu xəyalında qalacaq. Olimpiadanın milli çempionatlarının hazırlıq dönəminin xüsusi dönəminə təsadüf etməsi, və reytinq baxımından yetərincə sərfəli olmaması, olimpiada turnirinə həyəcan yaratmır. Çindəki futbol turniri Ronaldinyo və Messi kimilərinə titul kolleksiyasını zənginləşdirməkdən başqa bir şey deyil. Başqa cür desək, ulduzlar sentimental xəyallarını gercəkləşdirməyə çalışırlar. Yaşları hardasa 35 olacaq Makayın, Rokkinin Pekinde nə axtardığını kim deyə bilər. Hə , o başqa məslə ki, qadı çəkilənlər heç AÇ və DÇ-lərdə çıxış etmək prespektivi dumanlı görünür. Elə bu amil Çin yarışının reytinqinin heç də ideal olmadığını bildirir.
Görün ha, dünya futbolunun fenomeni sayılan Braziliya millisi tarixində heç vaxt olimpiadalarda qızıl üzü görməyib. Nə qədər qəribə səslənir, deyilmi?. Amma faktlığında qalır ki, yaş mərhumiyyətlərinin olması olimpiada futbolunda ola biləcək mümkün prespektivə kölgə salır. Limitə götürülərsə, nə olar? Əvvəla, UEFA və FİFA buna göz yummağa özünə rəva bilməz. İkincisi isə, Olimpiada ilə eyni ildə keçirilən Avropa çempionatının varlığı radikal dəyişikliyi mükünsüz edir. Olimpiadanın tək illərdə keçirilməsi vəziyyətdən çıxış yolu ola bilər ki, 2020-nin planlamasını edən BOK belə dəyişiklik altına girməsi çətin görünür.