Sadəcə `Qarabağ`: `Yuventus`a qalib gəldi, `Real` əlindən qaçdı

single-news
6 Okt 2011

Sadəcə `Qarabağ`: `Yuventus`a qalib gəldi, `Real` əlindən qaçdı



`Qarabağ`ımızın son illərdə Avropada uğurlu çıxışı etməsi nəticəsində Azərbayanın ən sevilən klub olması şübhəsizdir. Artıq, ölkədə xüsusi bir brenddə çevrilmiş `Qarabağ`a diqqət və maraq hədsiz dərəcədədir. Ölkəmizdə `Qarabağ` sevgisinin örnəyinə tez-tez şahid oluruq.
Bu günlərdə dövlət qurumları arasında keçirilən futbol turniri bunu bir daha təsdiq edir. Rəsmi dövlət orqanlarının əməkdaşları arasında keçirilən yarışda çıxış edən müxtəlif komandalar özlərini sevimli komandlarının isimləriylə adlandırıblar. Maraqlıdı ki, yarışda iştirak edən yeganə Azərbaycan komandası `Qarabağ`dı. Belə ki, digər komandalar dünyanın tanınan `Real`,`Barselona`, `Qalatasaray` kimi adlardan istifadə etsələr də, Milli Məclisin əməkdaşlarından qurulan komanda `Qarabağ` adı və formasıyla mücadilə edir. Komandanın kapitanı İlham Həsənov:`Bu yarışda `Qarabağ` adıyla çıxış etmək bizim üçün qürurvericidir. Son zamanlar `Qarabağ`ın Avropada uğurlu çıxış etməsi bütün ölkəmizi sevindirib. Digər komandalar xarici komanda adlarından yararlandıqları halda, biz `Qarabağ`a üstünlük verdik. Bizim komanda mütəmadi olaraq bir yerdə çıxış edir. Mayda başa çatan `Parlament` kubokunun sahibi olmuşuq. Cari turnirdə də hədəfimiz çempion olmaqdır. Əlbəttə, `Qarabağ` adıyla oynamaq bizə əlavə güc verir. Əslində biz hərəkətimizlə xoş mənəda nümunə olduğumuzu da düşünürəm.`
Xatırladaq ki, turnirdə `Qarabağ` qrup mərhələsində `Yuventus,` Fənərbaxça` və `Real`la qarşılaşmışdır. `Yuventus` üzərində qələbənin ardından `Fənərbaxça`ya uduzsaq da, `Real`a qarşı bərabərlik qeydə alınıb. 

Paylaş

// pop up