Sadiqov 10 gün yoxdu

single-news
5 Mar 2012

Sadiqov 10 gün yoxdu



`Qarabağ`ımız son oyunda ciddi itkiylə üzləşdi. AZAL-ı 1:0 məğlub etdiyimiz matçda isinmə hərəkətləri zamanı  komandamızın kapitanı Rəşad Sadiqov zədələnərək meydana çıxa bilməmişdi. 28 yaşlı yarımmüdafiəçimiz artıq müayinə olunub. Sadiqovun durumuna aydınlıq gəlib. Rəşad 10 gün sonra qayıdacağına inanır:`Topa hərəkət edərkən ayağımda kəskin ağrı hiss etdim. Xüsusi, bir şey baş vermədi. Deməzdim ki, meydan düz deyildi və ya kimsə mənə toxundu. Sol tərəfdən qasıq nahiyəsində dartılma var. Öncə yırtıq olmasından şübhələndik. Amma şükürlər olsun ki, belə olmadı.  Azı, 1 həftə istirahət etməliyəm. Təbii ki, ən vacib məqamda zədələnməyim  yerinə düşmədi. Oyunun başlamasına dəqiqələr qalmış baş verdiyinə görə komanda məcburi dəyişiklik etmək məcburiyyətində qaldı. Sağ olsun, uşaqlar. Sona qədər mübarizə apardılar. İlk yarıda rəqib olduqca yaxşı oynadı. 2-ci hissədə komandamız olduqca əzmkarlıq nümayiş etdirdi.  Belə durumda komandaya kənardan baxmaq ağırdı. Qarşıdan vacib oyunlar gəlir. Görünən odur ki, 10 gündən tez hazır olmayacam. Mənim yoxluğumdan danışmaq düzgün deyil. `Qarabağ`da kim oynayırsa oynasın komanda üçün vuruşur. Son oyunlarda uğurulu çıxış edirik. Seriyanı davam etdirmək lazımdır.  Amma  ilk mərhələdəki sonuncu rəqibimiz  `Simurq` da asan rəqib deyil.  İlk növbədə bu oyunu fikirləşmək lazımdır.`

Paylaş

// pop up