Sadiqov mövsümü bitirdi
19 Apr 2010
Sadiqov mövsümü bitirdi
`Qarabağ`ımızın başarılı yarımmüdafiəçisi Rəşad Sadiqov mövsümü bitirib. Sonuncu turda `Bakı`yla oyunda rəqiblə toqquşma nəticəsində zədələnərək əvəzlənən 26 yaşlı futbolçu ən azı yarım ay istirahət edəcək. Oyundan sonra `MR`ı çəkilən futbolçunun zədəsi həqiqətən ağır imiş. `Qarabağ`ımızın fizioterapevti Oktay Gürsoyun verdiyi məlumata görə Sadiqovun sol dizinin yan bağlarında qırıq var. Belə də Sadiqov ən azı 4-5 həftə müalicə olunmalıdır. Mövsümün sonuna 1 ay qaldığını nəzərə alsaq Sadiqovun geridə qalan 4 turda `Qarabağ`a kömək edə bilməyəcəyi məlum olur.