Sadiqov zədəsi ilə bağlı danışdı

single-news
27 Apr 2010

Sadiqov zədəsi ilə bağlı danışdı



Məlum olduğu kimi, `Qarabağ`ımızın başarılı yarımmüdafiəçi Rəşad Sadiqov `Bakı`yla oyunda aldığı ağır zədədən sonra mövsümü bitirməli olmuşdu. 26 yaşlı futboçunun sağ dizində yaranmış problemlər nəticəsində ən azı 1 ay topa toxuna bilməyəcəyi məlum olmuşdu. Sadiqov saytımıza veridyi açıqlamada həm zədəsi ilə bağlı, həm də həm də zədənin baş vermə prosesi haqqında danışıb:` Hələlik, tam yeriyə bilmirəm. Hər gün bazaya gedib gəlirəm müalicəm üçün. Sağ dizimin hər iki tərəfində qırılma var. Hələlik ən azı bir ay müalicə kursuna davam etməliyəm. Yaranı fəsadlaşdıran daha bir məqam ondan ibarətdir ki, iliyin içinə maye də yığılıb qalıb. O da bərpa prosesinə əngəl yaradır. Zədə anına gəlincə Elvin (Elvin Əliyev- - `Bakı`nın müdafiəçisi) ayağının altıyla dizimə zərbə vurdu. Həmin anda ayağımda dəhşətli ağrı hiss etdim. Sonra Elvin zəng eləmişdi. Vəziyyətimlə maraqlandı. Üzrxahlığını bildirdi. And içdi ki, bilə-bilə etməyib. Nə etmək olar? Zədə futbolda qaçınılmaz haldı. Mövsümün ən qızğın vaxtında komandama kömək edə bilmədiyimə görə çox üzülürəm. İnşallah, tezliklə, sağalıb gələn mövsüm əla formada qayıtmaq istəyirəm`.

Paylaş

// pop up