Sadiqov:`90 dəqiqə ərzində dayanmadıq.`

single-news
26 Apr 2011

Sadiqov:`90 dəqiqə ərzində dayanmadıq.`



`Qarabağ`ımız sonuncu turda `İnter`i sadəcə 2-ci yarıda vurduğu qolla məğlub edə bildi. 76-cı dəqiqədə kapitan Rəşad Sadiqovun penalti qazandıraraq Adamiyanın fərqlənməsinə imkan yaratdı. Düzdü, penaltini qazanarkən 27 yaşlı yarımmüdafiəçi zədələnərək  meydanı tərk etməli oldu. Sadiqov son durumu və son oyun haqqında saytımıza danışdı:` Həmin epizodda yerə çox pis düşdüm. Çiynimlə bərabər başım da yerə dəydi. Öncə başm hərləndi, sonra çiyinimin ağrıdığını hiss etdim. Ayağa duranda isə belimində də ağrıdığını gördüm. İndi də belimdə ağrılarım davam edir. Sabahdan məşqlərə başlayacağıq. Amma deyə bilmərəm ki, sabah məşqə çıxa biləcəm ya yox. Belə baxanda konkret bir zədəm yoxdu. Amma əzginlik var. `İnter`lə oyuna gəlincə. Bilirdik ki, oyun çətin olacaq. Düzdü, `bankirlər`lə son 3 oyunda qələbə qazanmışıq. Amma bu oyunlarda hədsiz dərəcədə çox qüvvə sərf etmişik. Əsas odu ki, 90 dəqiqə ərzində dayanmadıq. Daim axtarışdaydıq. Penaltiyə qədər də fərqlənmə imkanlarımız olmuşdu. Amma bu qol və 3 xal bizə faydalı oldu. Etiraf etmək lazımdı ki, son turdan sonra çempionluq şansları demək olarki qalmayıb. İndi `Xəzər-Lənkəran`la 2-ci yer uğrunda mübarizə aparmalıyıq`.

Paylaş

// pop up