Sadiqov:`İnter`lə oyun çox çətin olacaq`

single-news
18 Noy 2011

Sadiqov:`İnter`lə oyun çox çətin olacaq`



`Qarabağ`ımız bazar günü `İnter`lə qarşılaşacaq. Turun mərkəzi görüşü turnir cədvəli baxımından da gərginlik vəd edir. 3 – 4-cü sırada qərarlaşmış komandaların duelində qazanılacaq qələbə 6 xal dəyərində olacaq. Milli fasilədən sonra komandalar turun mərkəzi görüşündə meydana çıxacaqlar.  Cari mövsüm olduqca xoş təsir bağışlayan `İnter`ə qarşı hədəflərimiz nədir? `Qarabağ`ımızın kapitanı Rəşad Sadiqov saytımıza çətin oyunu dəyərləndirib:`İnter` bu il olduqca yaxşı təsir bağışlayır. Sadəcə, ilk turda bizə uduzublar. Düzdü, həmin oyunda zədə üzündən çıxış etməmişdim. Amma həqiqətən `bankir`lər həmin görüşdə yaxşı oynamışdılar. Rəqibimiz kollektiv futbol nümayiş etdirir. Konkret hanısısa cəhətini fərqləndirməyim düzgün olmazdı. Ən azından görüntüləri xoş təsir bağışlayır. `Qarabağ` bütün oyunlara qələbə üçün çıxır. Amma bazar gün baş tutacaq oyun çətin olacaq. Bu oyunda istənilən nəticə qeydə alına bilər. Oyunun süni meydanda keçirilməsi də `İnter`in xeyrinədir. Düzdü, meydan düz olur, amma rəqib doğma arenasında oynayacaq deyə üstünlük qazanacaq. Çalışacağıq ki, oyundan maksimum nəticə qazanaq. Hə, o, düzdür ki milli oyunlardan sonra `Qarabağ` həmişə xal itirir. Amma bunu konkret nəyləsə əlaqələndirmək də olmur. Yorğunluq mu, yoxsa futbolçuların oyuna birlikdə hazırlaşa bilməməsinin fəsadı mı deyə bilmərəm. Amma fakt faktlığında qalır. Çalışacağıq ki, `İnter`lə oyunda bu sindroma son qoyaq.`

Paylaş

// pop up