Sağalan qanad
Sağalan qanad
NİHAT
Vaqif Cavadovun `Tvente`yə transferi hər birimiz üçün xoş xəbər oldu. Əlbəttə, bir azərbaycanlının Avropanın tanınmış futbol ölkələrinin birinin çempionatında lider komandanın düşərgəsinə yollanması əsl futbol azarkeşini sevindirməyə biilməzdi. Təsadüfi deyil ki, bu keçid ölkə futbol tarixinin ən səs-küylü transferi sayıldı. Doğrudan da, futbolumuz adına böyük reklam qazandıq. Cavadov indiyə qədər Ensxede təmsilçisinin heyətində debüt etməsə də, millinin vingerinin gələcəyinə böyük ümidlər bəsləyirik. Məşqlərin birində aldığı zədə Vaqifin qırmızı formada qazon üzərinə ayaq basmasını əngəlləsə də, artıq bu yöndə hər şey qaydasına düşməkdədi. Sabiq `Qarabağ`lı sağalıb və `zambaqlar ölkəsi`ndə yeni komandasının məşqlərinə qoşulub...
Yuxarıda qeyd etdiyim kii onun erediviziya klubunun sıralarına qoşulmasına yalnız üzdə dost, içdə düşmənlər və aşkar düşmənlər sevinməyə bilərdi. Digər tərəfdən isə Ağdam təmsilçisini aparıcı oyunçularından biri tək edirdi. Qarşısına Avropa səhnəsinə yenidən vəsiqəq azanmaq məqsədi qoymuş bölgə klubu çempionatın önəmli hissəsində yanvar qıdır adətən yarımmüdafiənin sol cinahında rəqiblərin qorxulu yuxusuna çevrilmiş gənc istedadı itirdi. Qurban Qurbanov qalan matçlarda Cavadovsuz çətin olacağını bildiyindən onun yoxluğunu unutduracaq səviyyədə hücumameyilli futbolçunun alınmasının vacibliyini analyırdı.
Axı, `qanad`lardan birində ciddi çatışmamazlıq yaranmışdı. Qanadını sındıran qartal zirvələrə uça bilmədiyi kimi `Qarabağ` da yarımmüdafiənin cinahıyla bağlı problemi yoluna qoymamış turnir cədvəlinin zirvəsinə can atmağın çox müşkül missiya olduğunu bilirdi.
Nəhayət əyalət komandasıfərqli ruha sahib yuvaya böyük ümidlərlə Georgi Adamiyanı çağırdı. Gürcü futbolçu əvvəlki formasından uzaq olsa da Ağdam təmsilçisinin gənc çalışdırıcısı məhz bu güvənməyi vacib bildi. Georgi klubun Antalyada təlim-məşq toplanışında keçirdiyi matçların birində zədələnərək Azərbaycana sağlıq durumunda yaranmış problemlə qayıtdı. Təbii, belə durum Qurbanovun Georgiylə bağlı planlarının düyün düşməsi anlamında idi. Transfer pəncərəsi isə bağlanmışdı...
Azərbaycan futboluna yad sima olmayan `bico`nun bir neçə önəmli qarşılaşmada meydanda ola bilmədi. Səhhəti qazon üzərinə ayaq basmağa imkan verdiyi ilk qarşılaşmada isə hecumçu qanadlandıran çıxışla yadda qalmadı. Artıq çoxları Adamiyaya `tükənmiş oyunçu` damğası vurmuşdu...
Amma qalan `qarabağ`lıları meydanda tamamlamaq üçün Cavadovun əvəzləyicisi mütləq özünü doğrultmalıydı. Baş məşqçinin yanlış addım atmadığını və özünün bir futbolçu kimi `sönmədiyini` sübut etməli, `yaralı qanad`a məlhəm olmalı idi.
O, `Qəbələ`ylə səfər matçında qol hesabını açsa da komandası eynilgidən qurtula bilmədi...Lənkəranda `ağ-yaşıl`ların qapısına yol tapdığı görüşdə yenə `Qarabağ` məğlub oldu. Başqaları kimi Georginin bu görüşdəki oyunu məğlubiyyətə layiq olmasa belə...
Aprelin 10-da Quzanlıda reallaşan tarixi derbi isə bu dəfə tarixə `Adamiya şou` kimi düşdü. Azərbaycanlı futbolçuların və Admir Telinin çəkdiyi əziyyət fonunda idela yaxın çıxışla adından söz etdirdi. Uzun müddət ifasında belə futbol görmədiyimiz gürzü sözün əsl mənasında `Qarabağ`ı qanadlandırdı. Yer aldığı `sol qanad`da kişi qeyrəti ümayiş etdirən `bico` flaqman önündə Vaqifin yoxluğunu unutdurdu. Qanad sağalıbsa, zirvələr qartal gözləyir.