Sağlam Bursaya Kral kimi
3 Yan 2009
Sağlam Bursaya Kral kimi
Bir necə ay öncə qalmaqallı sürətdə `Beşiktaş`dan ayrılan Ertoğrul Sağlam özünə yeni iş yeri tapıb. Avropada çalışacağını söyləyən 38 yaşlı mütəxəssis Türkiyənin ortabab klublarından `Bursaspor`la 3,5 illik müqavilə bağlayıb. Şəhərdə krallar kimi qarşılanan Ertoğrul Sağlam 500 azarkeşin qarşısında müqavilə imzalayıb. Sağlam verdiyi açıqlamada hədəfinin yeni klubunda böyük işlər görmək olduğunu açıqlayıb.